Modern.az

Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV

Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV

Dünya

Bu gün, 21:56

Birləşmiş Ərəb Əmirlikləri İranın raket obyektlərinə zərbə endirməyi müzakirə edir.

Modern.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Bildirilib ki, ölkə hakimiyyəti bu addımı müharibənin başlanğıcından bəri BƏƏ-nin 186 raket və 812 dron hücumuna məruz qalmasından sonra düşünür.

İranın hücumları əsasən Əbu-Dabi və Dubay şəhərlərini hədəf alıb. Bu vəziyyət Körfəz regionunda gərginliyi daha da artırıb. BƏƏ rəhbərliyi müttəfiqlərlə hərbi əməliyyatları koordinasiya etməyi planlaşdırır. Hazırda mümkün hücumların konkret vaxtı və həcmi açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada