Modern.az

İran-Türkiyə sərhədində məhdudiyyət

İran-Türkiyə sərhədində məhdudiyyət

Dünya

Bu gün, 18:37
İran öz vətəndaşlarının Türkiyə istiqamətində sərhədi keçməsinə müvəqqəti məhdudiyyət tətbiq edib.

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.

Nazir bildirib ki, hazırda İran-Türkiyə sərhədində Türkiyə vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının keçidinə icazə verilir.

Onun sözlərinə görə, Türkiyə tərəfi də İran vətəndaşlarının öz ölkələrinə qayıdışına maneə yaratmır. Mövcud vəziyyətin sabit olduğu vurğulanıb. Sərhəd-keçid məntəqələrində hər hansı fövqəladə sıxlıq və ya gərginlik müşahidə edilmir və narahatlıq doğuran durum yoxdur. (DHA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var