Əraqçi gözlənilmədən İraq Kürdüstanının prezidentinə zəng edib.
Modern.az xəbər verir ki, Abbas Əraqçi çərşənbə günü Neçirvan Bərzani ilə telefon danışığı zamanı regional hadisələri və İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının nəticələrini müzakirə edib.
Kürdüstan lideri ABŞ və İsrailin İrana hücumları nəticəsində Ali Liderin və bir neçə İran vətəndaşının ölümü ilə bağlı başsağlığı verib və İraq Kürdüstanının İranla dostluq münasibətlərini qorumaq və inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın dəstəyi ilə İraqda yerləşən kürd qüvvələrinin yaxın günlərdə İranın qərbində quru əməliyyatına başlamağı planlaşdırdığı barədə məlumatlar yayılmışdı.