ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hərbi əməliyyatların iqtisadi dəyəri açıqlanmağa başlayıb.
Modern.az xəbər verir ki, ilkin hesablamalara görə, əməliyyatların ilk 24 saatında ABŞ ordusu təxminən 779 milyon dollar xərcləyib.
Təyyarələrin bölgəyə göndərilməsi və çoxsaylı hərbi dəniz vasitələrinin yerləşdirilməsi əlavə olaraq təxminən 630 milyon dollara başa gəlib. Bölgədə fəaliyyət göstərən hər bir aviadaşıyıcı qrupunun gündəlik istismar xərci isə təxminən 6,5 milyon dollar təşkil edir.
Onlayn platformada aparılan hesablamalara əsasən, müharibənin ümumi dəyəri artıq 2 milyard 276 milyon dollara yaxınlaşıb. Saatlıq xərc təxminən 9,16 milyon dollar, gündəlik isə 220 milyon dollar civarında qiymətləndirilir.
Münaqişənin uzanacağı təqdirdə xərclərin daha da artacağı bildirilir. Eyni zamanda, qlobal bazarlarda neft və qızıl qiymətlərində yüksəliş müşahidə olunur. (Haber Global)