İsrail ordusunun İrana qarşı yeni hücuma başladığını elan etməsindən sonra Tehranda güclü partlayışlar baş verib.
Modern.az xəbər verir ki, İran mediasının məlumatına görə, paytaxtda bir neçə şiddətli partlayış qeydə alınıb.
İsrail tərəfi isə qırıcıların Tehrana növbəti hava zərbəsi endirdiyini bildirib. ABŞ ilə birgə başladılan əməliyyatlardan sonra bu, İsrail aviasiyasının paytaxta 11-ci hücumu kimi təqdim olunur. (TRT Haber)