İran qırıcılar ABŞ hərbi bazasını vurmamışdan iki dəqiqə əvvəl Qətərin F-15 təyyarələri tərəfindən vurulub.
Modern.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bir mənbəyə görə, İnqilab Keşikçilərinə məxsus Sovet dövrünə aid Su-24 taktiki bombardmançı təyyarələrinin 10.000 ABŞ əsgərinin yerləşdiyi Əl-Udeydə və Qətərdəki Ras Laffan təbii qaz emalı kompleksinə bomba və idarə olunan sursat daşıdığı və radio rabitəsinə cavab vermədiyi aşkar edilib.
Rəsmilər bildiriblər ki, təyyarələr Qətərin ərazi sularında qəzaya uğrayıb və heyətlərin axtarışı davam edir.