ABŞ senatında prezident Donald Trampın İrana qarşı hərbi kampaniyası ilə bağlı səsvermə keçirilib.
Modern.az xəbər verir ki, Senat Trampın İrana qarşı hərbi kampaniyasını faktiki olaraq təsdiqləyib.
Senat partiya xətti ilə verilən 53% səsə görə, müharibənin miqyasını məhdudlaşdırmaq cəhdini rədd edib.
Qeyd edək ki, Nümayəndələr Palatasında da oxşar səsvermə gözlənilir ki, bu da Trampa münaqişədə faktiki olaraq tam hərəkət azadlığı verəcək