“Bu, bizim müharibəmiz deyil”.
Modern.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Rusiyanın hansısa şəkildə təsir göstərməli olub-olmaması barədə suala belə cavab verib.
“Biz öz maraqlarımıza uyğun olanı etməliyik. Hazırda artıq başlamaqda olduğunu gördüyümüz qlobal sarsıntıların iqtisadiyyatımıza təsirini minimuma endirməliyik. Mümkün olan yerlərdə özümüz üçün fayda təmin etməliyik, bu nə qədər kinayəli səslənsə də”, – deyə Peskov bildirib.
O vurğulayıb ki, Rusiya Yaxın Şərqdə müharibəni dayandıra bilməz, çünki “onu yalnız bu müharibəni başlayan tərəf dayandıra bilər və bizim fikrimizcə, onlar da bunu etməlidirlər”.