Rusiya Federasiyası müdafiə nazirinin keçmiş birinci müavini Ruslan Salikov saxlanılıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko bildirib.
General Ruslan Salikov cinayətkar təşkilatın yaradılması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.
İstintaq Komitəsi müdafiə nazirinin keçmiş birinci müavininə qarşı 2017-2024-cü illər arasında üzvləri büdcə vəsaitlərini mənimsəyən cinayətkar təşkilat yaratmaqda, eləcə də "çirkli pulların yuyulması və rüşvətxorluq"da ittiham olunaraq cinayət işi açıb.
Cinayət işinin başlanması üçün əsas Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi və İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Federal Təhlükəsizlik Xidməti ilə birlikdə toplanan materiallar olub.
"Salikov Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsinin 3-cü hissəsi (şəxs tərəfindən vəzifə səlahiyyətlərindən istifadə edərək cinayətkar təşkilat yaratmaq), Rusiya Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi (mənimsəmə), Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsi (şəxs tərəfindən cinayət törətmək nəticəsində əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması (yuyulması)) və Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (rüşvət alma) ilə iki cinayət maddəsi ilə ittiham olunub".
R.Salikov 24 dekabr 2015-ci ildən 17 iyun 2024-cü ilə qədər Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.