Modern.az

Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib

Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib

Dünya

Bu gün, 19:08

Suriyanın Xarici İşlər Nazirliyi İranın Azərbaycan və Türkiyəyə qarşı endirdiyi zərbələri pisləyib.

Modern.az xəbər verir ki, Suriya XİN bildirib ki, İranın ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Türkiyə və Azərbaycana zərbə endirməyə cəhd göstərməsi qətiyyətlə pislənir.

“Bu hərəkətlər dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır və regional, eləcə də beynəlxalq təhlükəsizlik və sabitlik üçün təhdid yaradır”, – deyə bəyanatda qeyd olunub.

Nazirlik həmçinin vurğulayıb ki, Suriya mülki əhaliyə və infrastruktur obyektlərinə qarşı yönəlmiş istənilən zorakılığı və eskalasiyanı rədd edir, Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bildirir və beynəlxalq ictimaiyyəti regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz öhdəliklərini yerinə yetirməyə çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır