Modern.az

Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu

Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu

Dünya

Bu gün, 19:37

Ermənistanın Baş naziri Nikol Paşinyan regiondakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

İclasda ölkə Prezidenti Vaaqn Xaçaturyan, parlament sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər

"Regionda təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub", - məlumatda bildirilib.

N.Paşinyan müvafiq tapşırıqlar verib.

Qeyd olunub ki, Ermənistan Təhlükəsizlik Şurasının həftə ərzində üçüncü iclası keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır