Modern.az

İrandan atılan raket Türkiyənin hava məkanında vuruldu

İrandan atılan raket Türkiyənin hava məkanında vuruldu

Dünya

Bu gün, 00:55

İrandan atılan və Türkiyənin hava məkanında məhv edilərək Adıyamanda Atatürk su anbarına düşən raketin qalıqları xüsusi qruplar tərəfindən axtarılır.

Modern.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Qruplar suya düşmüş raketə aid bir hissəni tapıblar. Raketə aid hissə araşdırılması üçün Jandarm Komandanlığına aparılıb. Su anbarında qalan raket parçalarının tapılması üçün işlər görülür.

Eyni zamanda qruplar bölgədəki kənd təsərrüfatı sahələri ərazisində də axtarışlar həyata keçirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi