Modern.az

İrana sarsıdıcı zərbələr endirildi

İrana sarsıdıcı zərbələr endirildi

Dünya

Bu gün, 00:31

İsrail Müdafiə Qüvvələri İranın qərbində və mərkəzində təxminən 200 hədəfə genişmiqyaslı hücum dalğasının başa çatdığını elan edib.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri gün ərzində daha bir genişmiqyaslı zərbə dalğası həyata keçirərək İranın qərb və mərkəzi bölgələrində təxminən 200 hədəfi, o cümlədən onlarla ballistik raket buraıxlış qurğusunu vurub.

"Əməliyyatın başlanğıcından bəri, İsrail ərazisinin atəşə tutulmasını minimuma endirmək üçün ölkənin qərb hissəsinə diqqət yetirməklə, İran boyunca yüzlərlə buraxılış məntəqəsi hədəfə alınıb", - açıqlamada bildirilir.

Yerli kanalları İrandakı Buşehr aviabazasına hücum nəticəsində güclü partlayış baş verdiyini bildirirlər.

Bundan əlavə, Tehranda Şəhid İdman Kompleksində partlayış baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi