ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton Administrasiyası İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir.
Modern.az-ın məlumatına görə, Ağ Evin rəhbəru NBC-yə müsahibəsində İran rəhbərliyinə namizədlərin olduğunu açıqlayıb.
"Biz İrana gedib hər şeyi təmizləmək istəyirik", - Tram vurğulayıb.
Prezident daha sonra əlavə edib: “Bizə 10 il ərzində hər şeyi düzəldəcək birinə ehtiyac yoxdur. Bizə yaxşı bir lider lazımdır".
Amerika lideri konkret şəxslərin adını çəkməkdən imtina edib, lakin ABŞ-ın potensial varislərə baxdığını bildirib.
"Düşünürəm ki, yaxşı iş görəcək bir neçə nəfərimiz var. Biz onları nəzərdən keçiririk. Bir neçə nəfər var ki, məncə, bu işin öhdəsindən yaxşı gələ bilərlər. Biz vəziyyəti izləyirik, onların sağ qalması və müharibədən salamat çıxması üçün addımlar atırıq”, - ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, əsas məqsədlərdən biri İrana rəhbərlik etmək üçün "ağlabatan bir şəxs" təyin etməkdir.
O, İranın öldürülmüş ali rəhbəri Ayətulla Əli Xameninin oğlu Müctəba Xameneinin yeni lider olmaq istəyinə də münasibət bildirib. Tramp deyib ki, bütün bu əməliyyatlar başqa bir Xamenei ilə qarşılaşmaq üçün aparılmır.
"Onlar seçim edə bilərlər, amma biz seçilmiş şəxsin ABŞ üçün ağlabatan biri olduğundan əmin olmalıyıq", - ABŞ lideri vurğulayıb.
Donald Trampın açıqlamasından belə anlaşılır ki, o, İranın yeni liderinin kənardan gətirilməsinə deyil, ölkənin içindən seçilməsində maraqlıdır.