Modern.az

Xameneinin ölümünü qeyd etmək istəyənlər saxlanılıb

Xameneinin ölümünü qeyd etmək istəyənlər saxlanılıb

Dünya

Bu gün, 12:40

Moskvada Əli Xameneinin öldürüldüyünü qeyd etmək istəyən onlarla iranlı saxlanılıb.

Modern.az xəbər verir ki, “Ostorojno, novosti”nin məlumatına görə, martın 1-i axşam saatlarında “Salaryevo” metro stansiyası yaxınlığında İran vətəndaşları toplaşıb. Bu barədə çağırışı bir gün əvvəl Reyhane adlı, Rusiyada stomatoloq kimi çalışan bir qadın Instagram hesabında paylaşmışdı. O, insanlardan “siyasi plakatlar gətirməməyi” xahiş etmiş və görüş vaxtını təyin etmişdi. Toplantı İranın ali dini lideri Əli Xameneinin öldürüldüyü barədə xəbərlər yayılandan bir gün sonra baş tutub.

Hadisə yerinə polis gəlib və iştirakçıları saxlayıb. Reyhaneyə razılaşdırılmamış tədbirin təşkilinə görə ittiham irəli sürülüb. O, məhkəmədə bunun “manqal qalamaq üçün görüş” olduğunu desə də, məhkəmə qadını 10 sutka inzibati həbs cəzasına məhkum edib. Digər iştirakçılara isə razılaşdırılmamış tədbirdə iştirak ittihamı irəli sürülüb və onlara cərimə tətbiq edilib.

Polisin versiyasına görə, insanlar “Təşəkkürlər, ABŞ” şüarını səsləndirir və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmurdular. İsrailli jurnalist Kseniya Svetlova qeyd edir ki, onlar barədə hüquq-mühafizə orqanlarına həmvətənləri və İran səfirliyi məlumat vermiş ola bilər.

Sizə yeni x var
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV