Modern.az

Livan “Hizbullah”ı silahsızlaşdırmasa, nəticəsi ağır olacaq - ULTİMATUM

Livan “Hizbullah”ı silahsızlaşdırmasa, nəticəsi ağır olacaq - ULTİMATUM

Dünya

Bu gün, 16:23

Beyrut İran tərəfindən dəstəklənən qruplaşmanın silahsızlaşdırılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Bu öhdəlik atəşkəs razılaşmasında nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “Hizbullah”a qarşı hərbi əməliyyatların gücləndiyi bir vaxtda Livan prezidenti Jozef Auna müraciəti zamanı deyib.

“Siz razılaşmanı yerinə yetirməyi və ‘Hizbullah’ı silahsızlaşdırmağı öhdənizə götürmüsünüz, lakin bu baş vermir. Hərəkətə keçin və tədbir görün, əks halda biz daha sərt addımlar atmalı olacağıq. Biz yaşayış məntəqələrimizə və əsgərlərimizə hücumlara imkan verməyəcəyik”, – deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, mümkün qarşıdurma baş verərsə, Livan hökuməti və ümumilikdə bütün Livan bunun ağır bədəlini ödəyəcək.

Nazir əlavə edib ki, İsrailin Livana qarşı heç bir ərazi iddiası yoxdur.

Sizə yeni x var
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV