Modern.az

İranla müharibə Rusiyanın xeyrinə bitəcək? - AÇIQLAMA

İranla müharibə Rusiyanın xeyrinə bitəcək? - AÇIQLAMA

Dünya

Bu gün, 16:34

Polşanın Baş naziri Donald Tusk Yaxın Şərqdə davam edən müharibə fonunda qlobal siyasi və iqtisadi vəziyyətlə bağlı diqqətçəkən suallar səsləndirib.

Modern.az -ın məlumatına görə, O, X hesabında bildirib ki, regionda hərbi əməliyyatlar davam etdikcə qeyri-müəyyənlik və xaos daha geniş coğrafiyaya yayılır. Bu proses isə beynəlxalq enerji bazarlarına birbaşa təsir göstərir və neft qiymətlərinin artmasına səbəb olur. Tuskun sözlərinə görə, müharibənin uzanması bir çox ölkələr üçün ciddi iqtisadi və siyasi nəticələr doğura bilər.

Polşa hökumətinin rəhbəri xüsusilə enerji məsələsinə diqqət çəkərək qeyd edib ki, belə bir vəziyyətdə Washington, D.C. Rusiyanın neftinə tətbiq edilən sanksiyaların yumşaldılması və ya ləğvi variantını nəzərdən keçirə bilər. Onun fikrincə, bu ssenari baş verərsə, qlobal enerji bazarında balans dəyişə və bəzi ölkələr bundan fayda əldə edə bilər.

1505629

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV