Modern.az

“Hizbullah”dan İsrail şəhərinə xəbərdarlıq: təcili çıxın

“Hizbullah”dan İsrail şəhərinə xəbərdarlıq: təcili çıxın

Dünya

Bu gün, 16:39

Livanın silahlı və siyasi təşkilatı olan Hezbollah İsrailin şimalında yerləşən şəhər sakinlərinə xəbərdarlıq edib. Qruplaşma Livan sərhədinə yaxın yerləşən Kiryat Shmona şəhərinin əhalisinə müraciət yayaraq təhlükəsizlik səbəbi ilə ərazini tərk etməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə “Hizbullah” tərəfindən yayılan bəyanatda bildirilib ki, şəhərdə yaşayan mülki şəxslər mümkün hərbi əməliyyatlar və hücum riskləri səbəbindən təcili şəkildə bölgəni tərk etməli və İsrailin daha cənub bölgələrinə istiqamətlənməlidirlər. Qruplaşma qeyd edib ki, sərhəd bölgəsində vəziyyətin gərginləşməsi fonunda hərbi qarşıdurma ehtimalı artır.

Məlumatda vurğulanır ki, xəbərdarlıq mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə verilib. Bununla yanaşı, bu cür çağırışlar regionda gərginliyin daha da artdığını və Livan–İsrail sərhədində qarşıdurma riskinin yüksəldiyini göstərir.

1505632

1505631

Sizə yeni x var
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV