Qətər İran diplomatlarını ölkədən çıxarır.
Modern.az "Iran International" agentliyinə istinadən xəbər verir ki, Doha İran səfirliyinin işçilərinə ölkədən çıxmaq üçün bir həftə vaxt verib.
İran səfirliyi ilə əlaqəsi olan bir mənbə əlavə edib ki, bəzi səfirlik işçiləri müvəqqəti olaraq Qətərdə qalmağı planlaşdırırdılar, lakin ölkə otelləri Qətər hökumətinin təlimatlarına əməl edərək onları yerləşdirməkdən imtina edib.