Modern.az

"Hizbullah" İsrail ordusunun əsgər toplama mərkəzinə zərbə endirdi

"Hizbullah" İsrail ordusunun əsgər toplama mərkəzinə zərbə endirdi

Dünya

Bu gün, 00:41

"Hizbullah" təşkilatı İsrail Müdafiə Qüvvələrinin əsas əsgər toplama mərkəzinin yerləşdiyi Tel Haşomer bölgəsinə dəqiq idarə olunan raketdən istifadə edərək zərbə endirib.

Modern.az xəbər verir ki, bu barədə "Hizbullah"ın hərbi informasiya xidmətinin "Telegram" kanalında yerləşdirilən açıqlamasında bildirilib.

"İslam Müqaviməti döyüşçüləri Livan-İsrail sərhədindən 120 km məsafədə yerləşən Tel Haşomerdəki əsas hərbi obyektə yeni raket silahı ilə zərbə endiriblər", - deyə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV