İsrail Müdafiə Qüvvələri 28 fevralda İrana qarşı başlayan "Aslanın nəriltisi" əməliyyatının növbəti mərhələsinə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü, briqada generalı Efi Defrin brifinq zamanı bildirib.
"Biz əməliyyatın növbəti mərhələsinə keçdik, rejimin əsas istehsal müəssisələrinə hücumları genişləndirdik", - deyə general vurğulayıb.
Defrin əlavə edib ki, İsrailin kəşfiyyat agentliyi son aylarda İranın istehsal infrastrukturunu bərpa etmək və raketlərin sayını artırmaq səylərini izləyir.