Modern.az

Pezeşkianın bəyanatlarına məhəl qoymayın - SEPAH

Pezeşkianın bəyanatlarına məhəl qoymayın - SEPAH

Dünya

Bu gün, 09:19

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Prezidenti Məsud Pezeşkianın ölkənin Fars körfəzi regionundakı dövlətlərə qarşı hücum həyata keçirməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Modern.az xəbər verir ki, hərbi qurumun yaydığı bəyanatda prezidentin bu mövqeyinin yanlış olduğu qeyd olunub.

SEPAH nümayəndələri bildiriblər ki, dövlət başçısının sözlərindən bir neçə saat sonra Dubay və Əbu-Dabi şəhərlərində yerləşən hədəflərə zərbələr endirilib.

“Prezident Pezeşkian qonşu ölkələrə hücumların baş verməyəcəyini deyərək yanıldı və silahlı qüvvələrimiz bunu açıq şəkildə göstərdi. Müharibə şəraitində Pezeşkianın açıqlamalarına diqqət yetirməyin”, – deyə SEPAH-ın bəyanatında qeyd olunub.

Xatırladaq ki, Pezeşkian daha əvvəl İranın qonşu ölkələrə qarşı hərbi zərbələr endirmək niyyətində olmadığını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV