Modern.az

Tayvan heç vaxt dövlət olmayacaq - Çin rəsmisi

Tayvan heç vaxt dövlət olmayacaq - Çin rəsmisi

Dünya

Bu gün, 10:11

Tayvan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq.

Modern.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Tayvan qədim dövrlərdən etibarən Çinin ayrılmaz ərazisi hesab olunur, indi və gələcəkdə ayrıca dövlət statusu ala bilməz.

Van İ qeyd edib ki, Tayvanın Çin tərkibinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müharibədə qələbəsinin, həmçinin İkinci Dünya müharibəsinin nəticələrinin bir hissəsidir.

O vurğulayıb ki, Yaponiyanın kapitulyasiya aktı, həmçinin BMT Baş Assambleyasının 2758 saylı qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu açıq şəkildə təsdiqləyir.

“Beynəlxalq münasibətlərdə ‘iki Çin’ və ya ‘bir Çin – bir Tayvan’ modelini yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, – deyə Çin XİN rəhbəri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV