Modern.az

Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var

Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var

Dünya

Bu gün, 11:13

Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində baş verən qaz sızması nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan FHN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb. Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.

Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV