Yanacaq anbarlarına edilən hücumlar İran mülki əhalisinə qarşı kimyəvi müharibə elan edilməsinə bərabərdir.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“ABŞ və İsrailin İran xalqına qarşı cinayətkar müharibəsi İranın enerji infrastrukturuna qəsdən edilən hücumlarla təhlükəli yeni mərhələyə qədəm qoyub. Yanacaq anbarlarına edilən bu hücumlar İran mülki əhalisinə qarşı qəsdən kimyəvi müharibədən başqa bir şey deyil”, - Bəqai bildirib.
Qeyd edək ki, Tehranda vurulan neft obyektlərindən sonra şəhərə “qara yağış” yağıb.