Modern.az

ABŞ Müctəba Xameneini də hədəf aldı - Xəbərdarlıq

ABŞ Müctəba Xameneini də hədəf aldı - Xəbərdarlıq

Dünya

9 Mart 2026, 10:03

"Regionun və İran xalqının gələcəyinə gəldikdə, mərhum, qaniçən ayətullahın oğlu axtardığımız dəyişiklik deyil. O, İran xalqının əziyyət çəkdiyi bir vaxtda dəbdəbəli yaşayıb və özü də dindar nasist olduğu üçün nifrətin qızışdırılmasında ön cəbhədə olub. İnanıram ki, onun planetin ən pis adamlarından biri olan atası ilə eyni aqibəti yaşaması yalnız zaman məsələsidir".

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Respublikaçı senatoru Lindsi Qraham X sosial media platformasında yazıb:

Senator həmçinin İran xalqını "möhkəm dayanmağa" çağırıb və "azadlıqlarının yaxın olduğunu" vurğulayıb.

ABŞ və İsrailin hava hücumları nəticəsində İranın Ali Lideri Əli Xamenei 28 fevralda öldürüldükdən sonra oğlu Müctəba Xamenei onun yerinə seçilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...