Modern.az

Paşinyan Avropa Parlamentində nə danışacaq? - TƏFƏRRÜAT

Paşinyan Avropa Parlamentində nə danışacaq? - TƏFƏRRÜAT

Dünya

Bu gün, 13:44

Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü Avropa Parlamentində çıxış edəcək.

Modern.az xəbər verir ki, bu haqda Avropa Parlamentinin saytında bildirilib.

“Bu, Nikol Paşinyanın Ermənistanda 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi ilk çıxışı olacaq. Gözlənilir ki, bu seçkilər ölkənin Avropa İttifaqı ilə sürətlə dəyişən münasibətlərinin gələcək inkişaf istiqamətini və qonşu Azərbaycanla sülh prosesinin taleyini müəyyən edəcək”, - deyə saytda qeyd edilib.

Əlavə olunub ki, Ermənistan hökuməti Bakı ilə davamlı sülhün əldə olunmasına və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, Qərblə yaxınlaşmaya və gələcəkdə Avropa İttifaqına mümkün üzvlüyə sadiqdir.

Qeyd olunur ki, hazırda Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoq aparır və 5 may tarixinə Aİ-Ermənistan sammiti planlaşdırılıb.

Bu, Paşinyanın 2023-cü ildəki səfərindən sonra Avropa Parlamentində ikinci çıxışı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...