Türkiyənin ana müxalifətdə olan Cünhuriyyət Xalq Partiyasınının (CHP) lideri Özgür Özel barəsində istintaq başladılıb.
Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
O, məhkəmə heyətini təhqir etməkdə ittiham olunur.
Qeyd olunub ki, araşdırma Mərmərə Həbsxana Kompleksində keçirilən məhkəmə prosesinin ilk iclasından sonra Ö.Özelin mətbuata verdiyi açıqlamalarla bağlıdır.
Hadisə ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilib.