Modern.az

İran səfiri XİN-ə çağırıldı

İran səfiri XİN-ə çağırıldı

Dünya

Bu gün, 22:00

İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə İran ərazisindən buraxılan və Türkiyə hava məkanına daxil olduqdan sonra vurulan ballistik raketlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, səfirə Ankaranın hadisə ilə bağlı narahatlığı bildirilib.

 

Rəsmi Ankara Tehrandan izahat tələb edib.

 

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi martın 9-da İrandan buraxılan ballistik raketin məhv edildiyini bildirib. Qurumun məlumatına görə, İran raketinin trayektoriyası Türkiyənin hava məkanından keçib. Raket Şərqi Aralıq dənizində yerləşmiş NATO qüvvələri tərəfindən məhv edilib. Onun qalıqları Qaziantep vilayətinin cənubunda yaşayış olmayan əraziyə düşüb. Ölən və yaralanan yoxdur.

 

İrandan ballistik raketin buraxılması ilə bağlı daha bir hadisə isə martın 4-də baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...