ABŞ prezidenti Donald Tramp İranın yeni ali rəhbəri kimi Müctəba Xameneinin seçilməsinə münasibət bildirərək bunun yanlış qərar olduğunu deyib.
Modern.az xəbər verir ki, bu barədə o, NBC telekanalına açıqlamasında danışıb.
“Düşünürəm ki, onlar böyük səhv etdilər”, - o qeyd edib.
Tramp həmçinin İranın neftinə nəzarət məsələsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu barədə danışmaq üçün hələ tezdir. Bununla belə, ABŞ prezidentı belə bir variantı tam istisna etməyib.
Trampın sözlərinə görə, regiondakı müharibənin gedişi və İran rəhbərliyinin atacağı addımlar gələcək qərarlara təsir göstərə bilər.