İranın İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirib ki, yaxın vaxtlarda ölkənin həyata keçirdiyi raket zərbələrinin tezliyi və miqyası artırılacaq.
Modern.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
Musəvinin sözlərinə görə, gələcək hücumlarda raketlərin uçuş məsafəsi də daha geniş olacaq. O əlavə edib ki, bundan sonra bir tonluqdan daha yüngül döyüş başlığına malik raketlər istifadə olunmayacaq.