Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakovun sözlərinə görə, təxminən bir saat davam edən söhbət işgüzar, açıq və konstruktiv atmosferdə keçib. Liderlər əsasən İran ətrafındakı münaqişə və Rusiya–ABŞ–Ukrayna formatında üçtərəfli danışıqlar mövzusunu müzakirə ediblər.
Qeyd olunub ki, dövlət başçıları arasında bundan əvvəlki telefon danışığı 2025-ci ilin dekabrında baş tutmuşdu.