Modern.az

Amerika-İran müharibəsi bitdi - TRAMP

Amerika-İran müharibəsi bitdi - TRAMP

Dünya

Bu gün, 00:02

İrana qarşı hərbi əməliyyatlar gözləniləndən daha sürətlə irəliləyir və müharibə demək olar ki, başa çatıb.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS telekanalına telefonla verdiyi müsahibədə bildirib.

O, ABŞ-ın ilkin olaraq nəzərdə tutulan 4–5 həftəlik planı xeyli qabaqladığını deyib.

Trampın sözlərinə görə, İranın hərbi imkanları ciddi şəkildə zəiflədilib. “Düşünürəm ki, müharibə çox böyük ölçüdə tamamlanıb. Onların donanması yoxdur, rabitə sistemi yoxdur, hava qüvvələri də qalmayıb”, – deyə ABŞ prezidenti bildirib.

İranın yeni ali rəhbəri Müctəba Xamenei ilə bağlı sualı cavablandıran Tramp “Ona heç bir mesajım yoxdur” deyib. ABŞ prezidenti həmçinin Xameneinin yerinə keçə biləcək bir namizəd barədə düşündüyünü bildirsə də, bu barədə əlavə məlumat verməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...