Modern.az

Pezeşkian Ərdoğana zəng etdi: “Türkiyəyə hücum etməmişik”

Pezeşkian Ərdoğana zəng etdi: “Türkiyəyə hücum etməmişik”

Dünya

Bu gün, 00:20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, telefon danışığının Pezeşkianın təşəbbüsü ilə baş tutduğu bildirilir.

Pezeşkian İranın Türkiyəyə raket zərbəsi endirməsi ilə bağlı iddiaları təkzib edib.  İran prezidenti bildirib ki, Tehran regionda gərginliyin azalmasına çalışır və Türkiyəyə qarşı hər hansı hücum həyata keçirməyib. Pezeşkian əlavə edib ki, baş verən hadisələrin araşdırılması üçün birgə istintaq qrupunun yaradılmasına hazır olduqlarını Ankara tərəfinə çatdırıb.

Ərdoğan da Ankaranın İranla qarşıdurma niyyətində olmadığını vurğulayıb. O qeyd edib ki, mövcud vəziyyətdə diplomatiya qapılarının açıq saxlanılması hər zamankından daha vacibdir.

Tərəflər söhbət zamanı regionda təhlükəsizlik vəziyyətini və gərginliyin daha da artmaması üçün mümkün addımları müzakirə ediblər.

Qeyd edək ki, martın 9-da Türkiyə Müdafiə Nazirliyi İrandan atılan yeni raketin ölkə səmasında vurulduğunu bildirib. O, Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulub. Raketin parçaları Türkiyənin cənub-şərqindəki Qaziantep əyalətinə düşüb, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...