İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-İsrail hədəflərinə qarşı 31-ci "Əsl Vəd 4" əməliyyatının başladığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
SEPAH əməliyyatı İslam Respublikasının yeni Ali Lideri Ayətullah Seyid Müctəba Xameneiyə həsr etdiyini bildirib.
SEPAh-ın İctimaiyyətlə Əlaqələr Departamentinin açıqlamasına görə, əməliyyat "Ləbbəyk Ya Xamenei" kod adı ilə həyata keçirilib və super ağır raketlərdən istifadə edilib.
Bəyanatda əməliyyatın ABŞ-İsrail hədəflərinə qarşı həyata keçirildiyi bildirilib, lakin zərbələrin yeri və təfərrüatları hələ dəqiqləşdirilməyib.