Modern.az

Tramp başını itirib? - Beynəlxalq ekspertlər təəccüblənir

Tramp başını itirib? - Beynəlxalq ekspertlər təəccüblənir

Dünya

Bu gün, 12:30

ABŞ Prezidenti Donald Trampın İranla aparılan müharibəyə dair fərqli açıqlamaları siyasi ekspertlərdə təəccüb doğurub.

Modern.az xəbər verir ki, bu barədə “İndependent Arabia” qəzeti yazıb.

“Tramp İranla müharibənin sonu barədə qarışıq mesajlar verir. Bir tərəfdən, ABŞ-ın İran qüvvələrinə ciddi zərbə vurduğunu və müharibənin tezliklə sona çata biləcəyini söyləyir. Digər tərəfdən, Hörmüz boğazında hər hansı hərəkətə qarşı daha sərt tədbirlər görəcəyini və yalnız İranın tam təslimiyyəti qəbul edəcək bir hökuməti ilə müharibənin bitəcəyini vurğulayır. Bu isə qarşıdurmanın uzana biləcəyinə işarədir”, - “İndependent Arabia” qeyd edib.

ABŞ və israillə İran arasında müharibə 28 fevralda başlayıb. ABŞ prezidenti Donald Trampın əsas məqsədinin nə olduğu tam aydın deyil. ABŞ və İsrail İranda minlərlə hədəfi vurub və keçmiş ali lider Əli Xamenei öldürülüb. İran isə raket və dron hücumları ilə İsraili və ABŞ-ın Yaxın Şərq ölkələrindəki bazalarını vurur.

Analitiklərə görə, ABŞ-ın mümkün məqsədləri bunlardır: İran rejiminin çökdürülməsi, İranın hərbi gücünün zəiflədilməsi, İran daxilində hakimiyyət dəyişikliyi yaratmaq və ya müəyyən şərtlərlə razılaşma əldə etmək.

Lakin İran sistemi hələ ki dağılmayıb və yeni Müctəba Xamenei yeni Ali Lider seçilib.

Ekspertlərin fikrincə, ən real nəticə ABŞ-ın hərbi zərbələrdən sonra İranı bəzi güzəştlərə məcbur edib müharibəni siyasi razılaşma ilə bitirməsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada