Modern.az

Putin Trampdan İranla bağlı nə xahiş edib... - AÇIQLANDI

Putin Trampdan İranla bağlı nə xahiş edib... - AÇIQLANDI

Dünya

Bu gün, 12:00

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ötən axşam baş tutan telefon danışığının təfərrüatını açıqlayıb.

Modern.az xəbər verir ki, “Axios”un məlumatına görə, Tramp Putinlə İran mövzusunda "çox yaxşı söhbət" etdiyini bildirib.

"O, İranla münasibətlərdə faydalı olmaq istəyir. Mən ona dedim ki, Ukraynadakı müharibəyə son qoymaqla daha çox faydalı ola bilərsiniz", - deyə ABŞ prezidenti bildirib.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Yaxın Şərqdəki vəziyyəti və Ukrayna sülh prosesini müzakirə edib.

O, jurnalistlərə bildirib ki, "İranla münaqişə ətrafındakı vəziyyətə və ABŞ nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinin həlli üzrə davam edən ikitərəfli danışıqlara diqqət yetirilib".

Putin Yaxın Şərqdəki vəziyyətin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələrini bildirib. Tramp da öz növbəsində İsraillə birgə əməliyyat kontekstində öz qiymətləndirməsini verib.

Söhbət Amerika prezidentinin təşəbbüsü ilə baş tutub və təxminən bir saat davam edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada