Modern.az

Süni İntellekt dövründə gücün əsas mənbəyi

Dünya

Bu gün, 11:52

1-ci yazı

Donald Trampın “Energy Dominance” (Enerji Hökmranlığı) anlayışı çox vaxt sadələşdirilərək neft, qaz və kömür siyasəti kimi təqdim olunur. Halbuki bu strategiyanın alt qatında enerjidən daha böyük bir məsələ – Texnoloji Suverenlik dayanır. XXI əsrdə güc artıq yalnız tanklarla, raketlərlə ölçülmür. Güc – hesablama gücü, məlumatın emalı, süni intellektin sürəti və enerji davamlılığıdır.

Tramp, daha doğrusu onun komandası bunu erkən başa düşənlərdən oldu.

Süni intellekt = Elektrik enerjisi

Bugünkü neyron şəbəkələr, böyük dil modelləri, hərbi simulyasiyalar, real zaman kəşfiyyat analitikası inanılmaz həcmdə elektrik enerjisi tələb edir. Data mərkəzləri artıq şəhərlər qədər enerji “udurlar”. Bu mərkəzlər nə qədər böyükdürsə, ölkə o qədər “ağıllı”, amma eyni zamanda o qədər də enerjidən asılı olurlar.

Bu nöqtədə ABŞ hökümətinin düşüncə xətti sadə, amma sərtdir:

Süni intellekt yarışında qalib gəlmək üçün əvvəlcə enerji yarışında qalib gəlməlisən.

Niyə neft-qaz və Atom enerjisi?

Bərpa olunan enerji hələlik sabitlik problemi yaşayır. Günəş batır, külək dayanır. Amma süni intellekt dayanmaz. Ona görə də

– Neft və qaz keçid dövrünün dayağıdır;

– Nüvə enerjisi isə uzunmüddətli hesablama sabitliyi kimi qəbul edilir.


Bu səbəbdən Tramp administrasiyası:

– Frakinqi genişləndirdi;

– Neft-qaz hasilatını maksimuma çıxardı;

– Nüvə enerjisini “köhnə texnologiya” yox, strateji silah kimi gördü.

Bu, ekologiya sevgisindən, ona verilən önəmdən çox texnoloji reallıqdır.

Venesuela bu xəritədə haradadır?

Venesuela hadisələri bu strategiyanın kənar epizodu yox, periferik düyünüdür.

Venesuela:

– Dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir;

– ABŞ üçün həm enerji bazarı, həm də geosiyasi leverdir;

– Çin və Rusiya üçün alternativ enerji dayaq nöqtəsidir.

Tramp üçün Venesuela məsələsi “demokratiya” məsələsi deyil. Bu, enerji axınının kimə xidmət edəcəyi sualıdır. Enerji kimdədirsə, süni intellekt infrastrukturu da ondadır. İnfrastruktur kimdədirsə, oyunun qaydalarını o yazacaq.

Süni İntellekt silahlanma yarışı = Enerji silahlanma yarışı

Bu gün artıq açıq şəkildə görünür ki,

– Sİ modelləri → data mərkəzləri;

– Data mərkəzləri → enerji;

– Enerji → dövlət nəzarətidir.

Yəni süni intellekt heç vaxt tam “özəl sektor oyunu” olmayacaq. O, gec-tez milli təhlükəsizlik məsələsinə çevriləcək. ABŞ iqtidarı bunu anlayır və ona görə də enerji müstəqilliyini digital (rəqəmsal) müstəqilliyə birbaşa bağlayır.

Beləliklə,

Trampın Energy Dominance strategiyası ekologiyaya qarşı deyil, köhnə sənayeyə bağlılıqdan doğmur, populizm deyil. Bu strategiya süni intellekt əsrində hegemonluğu qorumaq planıdır.

XXI əsrdə enerjiyə hpkmran olan süni intellekti, süni intellekti idarə edirsə, dünyanı da o idarə edəcək.

(ardı var)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada