Modern.az

Müctəba Xamenei niyə üzə çıxmır?

Müctəba Xamenei niyə üzə çıxmır?

Dünya

Bu gün, 11:56

İranın yeni lideri seçilən 56 yaşlı Müctəba Xamenei 9 mart seçkilərində ali lider seçilsə də, hərbi əməliyyatlar başlayandan bəri hələ də ictimaiyyət qarşısına çıxmayıb. Ötən gün onun canlı yayımda xalqa müraciət edəcəyi deyilsə də, sonradan bunun dezinformasiya olduğu bildirildi.

Modern.az İran mediasına istinadən xəbər verir ki, yeni Ali Liderin üzə çıxmama səbəbi ötən gün məlum olub. Dövlət televiziyasında Müctəba Xameneinin ABŞ və İsrail ilə mövcud münaqişəyə işarə edən "Ramazan müharibəsi" zamanı yaralandığı qeyd olunub.

"İran dövlət televiziyasının Xameneinin Ali Lider təyin olunması ilə bağlı reportajında ​​onun müharibədə yaralandığı bildirilirib. Xəbər bülletenində Müctəba Xamenei "canbaz", yəni müharibə zamanı yaralanan şəxs olaraq təqdim edilib".

Onun necə yaralandığı ilə bağlı təfərrüatlar isə açıqlanmayıb. Müctəba Xameneinin atası - ali lider Seyid Əli Xamenei və həyat yoldaşı münaqişənin ilk günündə, 28 fevralda İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olublar. Müctəbanın həmin hadisə zamanı yaralanması barədə məlumatlar var. Digər mənbələr isə onun yaralanmadığını, təhlükəsizlik səbəbilə ictimaiyyət qarşısına çıxmadığını iddia edir, canbaz olaraq təqdim edilməsini isə İran-İraq Müharibəsi zamanı aldığı xəsarətlərlə əlaqələndirir.

Müctəba Xameneinin ingilis dilində sərbəst danışdığı, psixologiya üzrə təhsil aldığı və siyasət, müasir texnologiya, hərbi elm və təhlükəsizlik məsələlərində dərin biliklərə yiyələndiyi qeyd olunur.

Xatırladaq ki, Ayətullah Əli Xamenei 28 fevralda Tehrana ABŞ-İsrail hava hücumunda öldürülüb. O, 1989-cu ildən bəri İranın Ali Lideri vəzifəsində çalışıb. 9 mart tarixində ölkənin Ekspertlər Şurası onun oğlu, 56 yaşlı Müctəba Xamenei yeni lider təyin etmək qərarına gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada