Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan barəsində axtarış elan edilib. Məhkəmə onun həbs olunması ilə bağlı qərar qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Qurumun məlumatına görə, Aleksandr Sarkisyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 46-256-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (etibar edilmiş əmlakın mənimsənilməsinə təhrik etmə) ilə ictimai cinayət təqibi başlanıb. Həmin maddə üzrə 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.