Modern.az

Strateji səhv idi - Avropa rəsmilərindən etiraf

Strateji səhv idi - Avropa rəsmilərindən etiraf

Dünya

Bu gün, 15:00

Avropanın atom enerjisindən imtinası strateji səhv olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen etiraf edib.

Onun sözlərinə görə, 1990-cı ildən bu günə qədər Avropa İttifaqı atom enerjisinin istehsalını iki dəfə azaldaraq 15 faizə qədər endirib.

“Düşünürəm ki, atom enerjisinin payının azaldılması şüurlu seçim idi. Lakin Avropanın etibarlı, əlçatan və aşağı emissiyalı enerji mənbəyindən imtina etməsi strateji səhv oldu”, – deyə o, Fransada keçirilən atom enerjisi sammitində bildirib.

Bununla yanaşı, fon der Leyen Avropada kiçik modul tipli nüvə reaktorlarının inkişafı üçün yeni Avropa strategiyası təklif edib.

O qeyd edib ki, belə reaktorlar 2030-cu illərin əvvəllərində Avropada istismara verilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada