Biz bildiririk ki, Türkiyə istənilən ölkənin istədiyi vaxt raket ata biləcəyi bir ölkə kimi görünə bilməz".
Modern.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı İrandan atılan ballistik raket hücumuna cavabında bildirib.
"Raket hücumunun təcavüz, təxribat və ya sui-qəsd olub-olmadığını aydınlaşdıracaq İran İslam Respublikasıdır. Biz inanmaq istəyirik ki, qəsdən heç bir hərəkət olmayıb. Türkiyə qumar oynanılacaq bir ölkə deyil. Hər bir ölkə özünə gəlməlidir".
D.Baxçalı Türkiyə ilə Azərbaycan arasında nifaq toxumu səpməyə çalışanları rədd etdiklərini vurğulayıb:
"Qonşu ölkələrin müharibəyə regional ölçü vermək üçün ardıcıl və çoxölçülü təxribatlara qarşı həssaslıq göstərməsi və növbə ilə daimi və əhatəli tədbirlər həyata keçirməsi hər bir ölkənin marağındadır. Bütün dünya bilməlidir ki, biz hava məkanımızda və ya Azərbaycan hava məkanında yolunu və ya istiqamətini itirmiş raket və ya pilotsuz uçuş aparatını yenidən görmək, eşitmək və ya şahid olmaq istəmirik. Biz Türkiyə ilə Azərbaycan arasında nifaq toxumu səpməyə çalışanları rədd edirik və dövriyyədə olan geniş yayılmış təxribatlara uymuruq".