İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, bu barədə Laricani sosial şəbəkə hesabında paylaşım edib
O qeyd edib ki, İran ABŞ-ın “boş təhdidlərindən” qorxmur. O, Trampa müraciətlə “ehtiyatlı olmağı” tövsiyə edərək, əks halda onun özünün məhv edilə biləcəyini bildirib.
Laricaninin açıqlaması Trampın Hörmüz boğazı ilə bağlı bəyanatına cavab olaraq səslənib. ABŞ prezidenti İranın neft axınını dayandıracağı təqdirdə Vaşinqtonun buna “20 dəfə daha güclü” cavab verəcəyini demişdi.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyata başlayıb. Tehran isə cavab olaraq Fars körfəzi ölkələrinin neft ixracı üçün əsas marşrut hesab edilən Hörmüz boğazında hərəkətə məhdudiyyət tətbiq etdiyini açıqlayıb.