Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Modern.az xəbər verir ki, tərəflər görüş zamanı regiondakı son hadisələri müzakirə edib, sülh və sabitliyin möhkəmləndirilməsi səylərinin vacibliyini vurğulayıblar.
Onlar həmçinin ikitərəfli münasibətlərə və Ermənistanla Aİ arasında əməkdaşlıq perspektivlərinə toxunublar.