Modern.az

Saakaşvili ilə bağlı qərar verildi

Saakaşvili ilə bağlı qərar verildi

Dünya

10 Mart 2026, 23:05

Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barəsində dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı çıxarılan hökmü qüvvədə saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə "TV Pirveli" telekanalı məlumat yayıb.

Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin qərarını dəyişməyib. Həmin qərara əsasən, Saakaşvili və onun keçmiş mühafizə rəisi Teymuraz Canaşiya dövlət büdcəsinə 9 milyon lari (təxminən 3,3 milyon dollar) ödəməlidirlər.

İstintaqın məlumatına görə, Saakaşvili prezident olduğu dövrdə dövlət vəsaitləri hesabına şəxsi xərclər edib. İddialara əsasən, həmin vəsaitlə pencəklər və paltolar alınıb, bahalı saatlar əldə edilib, kosmetik prosedurlar etdirilib, təyyarə və bahalı avtomobillər icarəyə götürülüb, həmçinin onun oğlunun təhsil haqqı ödənilib. Bu iş Gürcüstanda "pencəklər işi" kimi tanınır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada