İranla bağlı hərbi əməliyyatlar yalnız Tehran qeyd-şərtsiz təslim olduqda və ABŞ prezidenti Donald Tramp hərbi məqsədlərin tam yerinə yetirildiyini hesab etdikdə başa çatacaq.
Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
Levittin sözlərinə görə, Tramp İranın artıq ABŞ və onun müttəfiqləri üçün birbaşa təhlükə yaratmadığı qənaətinə gəldiyi zaman müharibənin bitdiyini elan edəcək.
Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ ordusu hazırda İranın raket istehsalı infrastrukturunu sıradan çıxarmağa çalışır. Onun sözlərinə görə, əməliyyatın başlanmasından 10 gün sonra kampaniya uğurlu şəkildə davam edir və ABŞ qüvvələri gözləniləndən daha sürətlə irəliləyir.
Levitt əlavə edib ki, indiyədək ABŞ qüvvələri İranın 50-dən çox hərbi gəmisini, o cümlədən iri pilotsuz uçuş aparatları daşıyan gəmini məhv edib. O bildirib ki, əməliyyatın məqsədləri dəyişməz olaraq qalır və Tramp hədəflərə qısa müddətdə nail olunacağına inanır.