ABŞ prezidenti Donald Tramp İranın dəniz imkanlarına qarşı yeni zərbələr endirildiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib
O bildirib ki, ABŞ hərbi qüvvələri mina yerləşdirmək üçün istifadə oluna bilən 10 ədəd fəaliyyətsiz gəmini vuraraq tamamilə məhv edib.
Tramp eyni zamanda xəbərdarlıq edib ki, bu cür hədəflərə qarşı əməliyyatlar davam edə bilər və lazım gələrsə daha çox gəmi məhv ediləcək.
ABŞ prezidenti İranı Hörmüz boğazında yerləşdirilmiş ola biləcək dəniz minalarını dərhal çıxarmağa çağırıb. Onun sözlərinə görə, əks halda ABŞ bu təhlükəni aradan qaldırmaq üçün əlavə tədbirlər görəcək.