Modern.az

Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir...

Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir...

Dünya

Bu gün, 17:17

ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda İranın Keşm adası turizm və ticarət mərkəzi olmaqdan çıxaraq ön xətt qalasına və ABŞ dəniz piyadaları üçün əsas strateji hədəfə çevrilib.

Modern.az xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.

Bildirilir ki, körfəzin ən böyük adası olan Keşmin sahəsi 1,4 min kvadrat kilometrdir və burada təxminən 148 min nəfər yaşayır. Ada Bəndər-Abbas liman şəhərindən cəmi 22 kilometr məsafədə yerləşir və Klarens boğazına nəzarət etməklə Hörmüz boğazına girişə strateji üstünlük verir.

Analitiklərin fikrincə, Keşm İranın “asimmetrik” dəniz gücü strategiyasının əsas platformalarından biridir və faktiki olaraq “qaçılmaz aviadaşıyıcı” rolunu oynayır.

Livanın istefada olan briqada generalı Həsən Cuni Al Jazeera-yə açıqlamasında bildirib ki, adada yerləşən və “raket şəhərləri” kimi tanınan yeraltı komplekslər ciddi zərbə imkanlarına malikdir. Onun sözlərinə görə, geniş yeraltı tunel və baza şəbəkəsi Hörmüz boğazına effektiv nəzarət etməyə və lazım gəldikdə onu bağlamağa imkan verir.

Məlumata görə, hazırda boğazdan gəmiçilik demək olar ki, dayanıb. Bu vaxtadək yalnız az sayda tankerin keçidinə icazə verilib. ABŞ prezidenti Donald Trampın administrasiyası akvatoriyanı zorla açmaq üçün beynəlxalq hərbi-dəniz koalisiyası yaratmağa çalışır. Digər ölkələr isə öz gəmiləri üçün təhlükəsiz tranzit təmin etmək məqsədilə Tehranla danışıqlar aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı