Modern.az

ABŞ-yə qarşı 16 min nüvə raketi

ABŞ-yə qarşı 16 min nüvə raketi

Dünya

Bu gün, 21:23

ABŞ-ı hədəf alan nüvə raketlərinin sayı növbəti illərdə kəskin artacaq.

Modern.az-ın məlumatına görə, ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Gabbard Senatın Kəşfiyyat Komitəsində keçirilən dinləmələr üçün hazırladığı çıxışında bildirib ki, 2035-ci ilə qədər ABŞ-nin əsas hissəsini hədəf ala biləcək raketlərin sayı 16 mini keçə bilər.

Onun sözlərinə görə, hazırda bu göstərici 3 mindən artıqdır. Kəşfiyyat icması hesab edir ki, müxtəlif ölkələrin raket potensialının artması nəticəsində ABŞ üçün ümumi təhlükə əhəmiyyətli dərəcədə yüksələcək.

Qeyd edək ki, dinləmələr ABŞ Konqresinin Senatında keçirilir və burada qlobal təhlükəsizlik riskləri, o cümlədən nüvə təhdidləri müzakirə olunur.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı