İranın keçmiş şahının oğlu, vəliəhd şahzadə Rza Pəhləvi ölkədə rejimə qarşı etirazların fonunda iranlılara “son çağırış”ın yaxınlaşdığını bəyan edib.
Modern.az xəbər verir ki, o, bu barədə “Iran International” nəşrinə müsahibəsində danışıb. Pəhləvi bildirib ki, İran hakimiyyəti hakimiyyətdə qalmaq üçün tərəddüd etmədən zorakılığa əl atmağa, hətta yüz minlərlə insanı öldürməyə hazırdır. Bu səbəbdən o, etiraz hərəkatının daha düşünülmüş və planlı şəkildə hərəkət etməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, “son çağırış” uyğun zamanda ediləcək. Pəhləvi əlavə edib ki, iranlılar artıq 47 ildir davam edən mübarizənin sonunu gözləyir və rejimin süqutundan sonra ölkənin azadlıq və rifah yoluna qədəm qoyacağına inanırlar.
O, həmçinin vətəndaşları "azadlıq uğrunda mübarizə aparmış qəhrəmanların” məzarlarını ziyarət etməyə və onların ailələri ilə həmrəylik göstərməyə çağırıb.